Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya” jurnalının bu ilə olan 3-cü sayı işıq üzü görüb
25.10.2017 12:34
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının bu ilə olan 3-cü sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2017-cı il üçün 3-cü sayı işıq üzü görüb.

Jurnalın bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində respublikamızla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, Rusiya, Cənubi Koreya və Almaniyadan olan alimlərin məqalələri yer alıb.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə çap olunan jurnalın 3-cü sayında “Klassik irs–portretlər”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Yazılı abidələr”, “Mifologiya” və “Müzakirə” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat” və “Personalia” rubrikalarında toplanan yazılar oxucuların marağına səbəb olacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək, daha geniş istiqamətləri əhatə edən yazıları oxuculara təqdim etməkdir.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalın növbəti sayı üçün məqalə qəbulu davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: