www.science.az
25.10.2017 11:17

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dilinin ümumi qrammatikası” kitabının təqdimatı keçiriləcək

Oktyabrın 30-da saat 15:00-da AMEA-nın Əsas binasında “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” adlı monoqrafiyanın təqdimatı olacaq.

Qeyd edək ki, dilçi-alim, rus şərqşünaslığının patriarxı, Sankt-Peterburq Universitetində Şərq dilləri fakültəsinin ilk dekanı, Kazan və Sankt-Peterburq universitetlərinin ordinar professoru Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” kitabını AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov geniş tədqiq və şərhlərlə Azərbaycan dilinə tərcümə edib.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.