www.science.az
25.10.2017 10:04

“Get dolangilən, xainsən hələ” tragikomediyası çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Plyus bədii yaradıcılıq” seriyası çərçivəsində görkəmli elm xadimi Məmməd Cəfər Cəfərovun  “Get dolangilən, xainsən hələ” tragikomediyası çap olunub.

Nəşrin tərtibçisi və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, redaktoru filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, əski əlifba mət­nlərini latın qrafi­ka­sına çevirən isə filo­logiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyevadır.

Tragikomediyada elmi-tədqiqat institutlarından birində baş verən hadisələrin fonunda keçmiş sovet cəmiyyətindəki ziddiyyətlər göstərilir, yeniləşmə zərurəti irəli sürülür.

1965-ci ildə yazılmış əsər ideya-bədii xüsusiyyətlərinə görə, Azərbaycan dramaturgiyasının mühüm yaradıcılıq nailiyyətlərindən biri hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.