www.science.az
24.10.2017 15:19

"Elm və İnnovasiya" proqramının növbəti buraxılışı dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunacaq

Bu gün saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru, AMEA-nın fəxri üzvü Lütfi Zadənin həyatı və elmi fəaliyyətinin müzakirəsinə həsr olunub.

Proqramın qonağı AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevdir

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.