www.science.az
23.10.2017 15:24

AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun həyat və yaradıcılığına həsr olunan yeni nəşr

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “Müəllimim Qoşqar Əhmədov” adlı kitabı çapdan çıxıb.

Çoxsaylı arxiv materialları əsasında tərtib olunan kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun həyat və elmi yaradıcılığına həsr olunub. Nəşrdə alimin səmərəli elmi və pedaqoji fəaliyyətindən, riyaziyyat elminə verdiyi dəyərli töhfələrdən söhbət açılır.

“Müəllimim Qoşqar Əhmədov” kitabı Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin müəllimləri, eləcə də ölkəmizdə riyaziyyatın tarixi ilə məşğul olanlar üçün faydalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.