Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Birinci Azərbaycan – Səudiyyə Ərəbistanı Coğrafiya Günləri keçirilir
23.10.2017 09:35
  • A-
  • A
  • A+

Birinci Azərbaycan – Səudiyyə Ərəbistanı Coğrafiya Günləri keçirilir

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Birinci Azərbaycan – Səudiyyə Ərəbistanı Coğrafiya Günləri işə başlayıb.

Oktyabrın 27-dək davam edəcək tədbirlərdə Səudiyyə Ərəbistanının Coğrafiya Cəmiyyətinin 37 nümayəndəsi iştirak edir.

Tədbirdə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan coğrafiyasının inkişaf mərhələləri, respublika ərazisində təbii, iqtisadi və sosial coğrafi proseslərin inkişafı, onların qarşılıqlı əlaqələri barədə məlumat verib. R.Məmmədov rəhbərlik etdiyi qurumda aparılan mühüm elmi-tədqiqat işlərindən, coğrafiya elmi qarşısında duran problemlərdən, əldə olunan nailiyyətlərdən, son vaxtlar beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən söhbət açıb. R.Məmmədov bu tədbirin gələcək birgə fəaliyyət və elmi tədqiqatlar üçün stimul olduğunu diqqətə çatdırıb.

Sonra Səudiyyə Ərəbistanının Coğrafiya Cəmiyyətinin prezidenti Mohammed Abdul Hamid Meshkis ölkəsinin coğrafiyası haqqında geniş məlumat verib.

Daha sonra Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov "Azərbaycan coğrafiyası" mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın coğrafi mövqeyi, relyefi, landşaftı, iqlimi, hidrologiyası, heyvanlar aləmi, turizm potensialı, iqtisadi-coğrafi rayonları, iqtisadi inkişafı, beynəlxalq əlaqələri və s. haqqında məlumat verib.

Tədbirdə Azərbaycan Coğrafiya Cəmiyyəti ilə Səudiyyə Coğrafiya Cəmiyyəti arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: