www.science.az
20.10.2017 15:10

Bu gecə Yer sakinləri Orionida meteor axınını müşahidə edə biləcəklər

Oktyabrın 21-də Yer sakinləri ecazkar Orionida meteor yağışını izləyə biləcəklər.

sputnik-georgia.ru saytının məlumatına görə, meteor axını zamanı saatda 15-20 ulduz yağışı müşahidə ediləcək. Bu səma şousunu şənbə gününə keçən gecə səma aydın olan zaman, Ay üfüqün arxasında itəndə görmək mümkün olacaq.

Ekspertlər bildiriblər ki, astronomik hadisəni Yerin bütün sakinləri müşahidə edə biləcək. Orionidanın aydın göründüyü Şimal yarımkürəsi ölkələrində isə insanları daha gözəl mənzərə gözləyir.