Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Biofizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
20.10.2017 11:39
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb

AMEA-nın Biofizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis olunub.

Bu münasibətlə təşkil olunan tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin SalmanovAzad Həmkarlar İttifaqının sədr müavini Sitarə Bağırova  və digərləri çıxış edərək akademiyada gənclərə göstərilən diqqət və qayğıdan, onların elmi-ictimai fəaliyyəti üçün yaradılan şəraitdən, dünya elminə inteqrasiya istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.

Sonra yeni yaradılan Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyəti formalaşdırılıb. İnstitutun gənc elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyeva şuranın sədri, Sevil Məhərrəmova müavini, Ləman Daşdəmirova isə katibi seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: