www.science.az
20.10.2017 08:57

Azərbaycan aliminin şöhrəti ölkə hüdudlarından kənara yayılıb

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 22 may 2017-ci il tarixli Sərəncamı ilə AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Rəyasət Heyətinin son iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlət başçısının tapşırığına əsasən, ordeni alimə təqdim edib.

İ.Quliyev təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində görkəmli alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılıb, karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilib və atmosferin aşağı qatlarında paylanması öyrənilib.

"Kaspi" qəzeti, 19 oktyabr 2017-ci il