Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Zoologiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi
13.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Zoologiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov müəssisənin fəaliyyəti, qrant layihələri, gənclərin ixtisasartımı ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verdi. O, son illər gənclərin beynəlxalq konfrans və treninqlərdə daha yüksək fəallığının müşahidə olunduğunu bildirdi. İ.Ələkbərov institut əməkdaşlarının 30 faizini gənclərin təşkil etdiyini xüsusilə vurğuladı.

AMEA Rəyasət Heyətinin Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qəbul olunmuş qərar haqqında məlumat verən b.ü.f.d. Səbinə Bünyatova şuranın yaradılmasının əhəmiyyətindən, məqsəd və vəzifələrindən danışdı.

Sonra Zoologiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasına sədrin, məsul katibin və üzvlərin seçilməsi üçün namizədlərin adları səsləndirildi, səsvermə yolu ilə tərkibi 13 nəfərdən ibarət olmaqla Gənc alim və mütəxəssislər şurasının sədri b.ü.f.d. Səbinə Bünyatova, sədr müavini b.ü.f.d. Fuad Rzayev seçildilər.

Sonda çıxış edən institutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Zəkəriyyə Məmmədov gənclərə elmi fəaliyyətlərində uğurlar arzu etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: