Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Yüksək Texnologiyalar Parkının direktoru Avstriyada keçirilən beynəlxalq tədbirdə iştirak edib
20.10.2017 09:40
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkının direktoru Avstriyada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Avstriyanın paytaxtı Vyanada “Tədqiqat və innovasiya siyasəti” mövzusunda seminar keçirilib.

Tədbir Avropa Birliyinin Tədqiqat və Texnoloji İnkişaf üzrə 8-ci Çərçivə Proqramı – "HORIZON-2020" tərəfindən maliyyələşən “Şərq Tərəfdaşlığı PLUS” layihəsi çərçivəsində təşkil olunub.

Seminarın keçirilməsində əsas məqsəd layihə çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə Beynəlxalq Əməkdaşlıq Şəbəkəsini genişləndirmək, Şərq tərəfdaşlığı ölkələri və Avropa Birliyinə üzv ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlığı təşviq etməkdir.

Tədbirdə ölkəmizi AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru,  aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev təmsil edib.

Seminar çərçivəsində “İnnovasiya və yeni texnoloji biliklər”, “Elm, texnologiya və innovasiya siyasətinin nəzəri əsasları”, “İnnovasiyaya dəstək alətləri və proqramları” kimi mövzulara dair məruzələr dinlənilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: