www.science.az
18.10.2017 12:20

Harvard Universitetinin alimi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində qorunan xalça məmulatları ilə maraqlanıb

Ölkəmizdə səfərdə olan sənətşünas alim, Boston İncəsənət Muzeyinin İslam İncəsənəti Departamentinin eksperti və Harvard Universitetinin müəllimi Jeff Spurr AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Qonaq muzeyin Etnoqrafiya elmi fondunun eksponatları ilə yaxından tanış olub. O, Azərbaycanda toxuculuq sənəti ilə maraqlanıb, tədqiqat sahəsinin əsasını təşkil edən tirmə kolleksiyaları haqqında məlumat toplayıb.

Fondda qorunan xalça məmulatları, xüsusilə tirmə növləri sənətşünas alimin xüsusi marağına səbəb olub.

Sonda J.Spurr muzeyin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşları ilə bu sahədəki təcrübələrini bölüşüb, öz tövsiyyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.