www.science.az
17.10.2017 11:55

Zoologiya İnstitutu tərəfindən Mingəçevirdə dekorativ balıqlar və tibb zəlisi yetişdirilir

AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə laboratoriyasının ərazisindəki göllərdə əmtəə və dekorativ balıqlar və tibb zəlisi (Hirudo medicinalis) yetişdirilir.

Hazırda institut tərəfindən “Mingəçevir Elmi-Təcrübə laboratoriyası ərazisindəki göllərdə yetişdirilən müxtəlif yaşlı çəki, ağ amur və qalınalın balıqlarının morfobioloji, ekoloji, parazitoloji tədqiqi, onların xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanması”, həmçinin “Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması” mövzuları üzrə tədqiqat işləri aparılır.

Bu məqsədlə laboratoriyanın bütün göllərində melorasiya işlərinə başlanılıb. Balıqlar ovlanaraq duz məhlulundan və marqansdan keçirilib, çeşidlənib və müvafiq olaraq göllərə paylanılıb.

İnstitutun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov layihələrin gedişatı ilə maraqlanmaq üçün Mingəçevir Elmi-Təcrübə laboratoriyasında olub, müvafiq tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.