Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Hüseyn Cavidin Ev Muzeyində şagirdlərə açıq dərs keçirilib
17.10.2017 09:40
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində şagirdlərə açıq dərs keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Xətai rayon 245 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri üçün “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçirilib.  

Dərsdə şagirdlərə görkəmli dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı barədə məlumat verilib, cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində görülən işlərdən danışılıb.

Tədbirdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxış edərək elmlə təhsilin inteqrasiyası çərçivəsində mütəmadi keçirilən açıq dərslərin məktəblilərin dünyagörüşünün və bədii zövqlərinin formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Alim daha sonra ədibin “Ana” mənzum dramı və şeirləri haqqında mühazirə ilə çıxış edib.

Sonda şagirdlər muzeyin eksponatları ilə tanış olublar.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: