Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan arxeologiya elminin müxtəlif problemlərindən bəhs edən kitab nəşr olunub
16.10.2017 09:42
  • A-
  • A
  • A+

Azərbaycan arxeologiya elminin müxtəlif problemlərindən bəhs edən kitab nəşr olunub

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin “Azərbaycan arxeologiyası: uğurlar, problemlər, perspektivlər” adlı kitabı nəşr olunub. Kitabda müəllifin son illər Azərbaycan arxeologiya elminin müxtəlif problemlərinə dair bir sıra qəzetlərdə və bəzi jurnallarda nəşr olunmuş elmi-publisistik məqalələri toplanıb.

Nəşrdəki məqalələrin bir qrupu tarixi-arxeoloji abidələr barədə ölkə Prezidentinin sərəncamlarının yerinə yetirilməsi ilə bağlı vəzifələrin şərhinə həsr olunub. Məqalələrdə, eyni zamanda, arxeoloji abidələrin tədqiqat problemləri, mühafizəsi və xilas edilməsi yolları geniş şərh edilib. Azərbaycan arxeologiya elmində mühüm hadisələr, arxeologiyada elmi-təşkilati işlər, qədim tariximizin öyrənilməsində arxeologiyanın əhəmiyyəti, bu elmdə müstəsna xidmətləri olan alimlər barədə yazılar da kitabda yer alıb.

Yeni nəşrdə, həmçinin Azərbaycanın erkən dövlətçilik tarixi və xalqımızın etnogenez tarixinin arxeoloji və paleoantropoloji tədqiqatlarla öyrənilməsi ətraflı təhlil edilib.

Əsər arxeologiya və tarix üzrə mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: