Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən sərgi açılıb
16.10.2017 09:20
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilən sərgi açılıb.

Sərgidə AXC-nin yaranmasını, fəaliyyətini, AXC-nin qurucularının həyatını əks etdirən 50-dək mənbə nümayiş olunur.

Burada AMEA Tarix İnstitutunun AXC-nin Böyük Britaniya arxivində olan sənədlərinə əsasən hazırladığı “Azərbaycan Demokratik Respublikası”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası", “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və milli müstəqilliyin ideya-siyasi problemləri”, “Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, M.Ə.Rəsulzadənin müəllifi olduğu, məqalələrinin və məktublarının toplandığı “Məqalələr və məktublar toplusu” və digər kitablar sərgilənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: