Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xəzər Universitetinin tələbələri üçün Cavid yaradıcılığına həsr olunan açıq dərs keçirilib
12.10.2017 10:12
  • A-
  • A
  • A+

Xəzər Universitetinin tələbələri üçün Cavid yaradıcılığına həsr olunan açıq dərs keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Xəzər Universitetinin Təhsil fakültəsinin I kurs tələbələri üçün "H.Cavidin həyat və yaradıcılığı" mövzusunda  açıq dərs təşkil olunub.

Dərs əsnasında tələbələrə dahi dramaturqun həyatı, yaradıcılıq yolu, ədəbi irsi və ailə üzvləri haqqında geniş məlumat verilib, onun "Ana","Maral", "Şeyda", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur" kimi dram əsərlərinin mövzu və ideyasından bəhs olunub. Qeyd olunub ki, muzeydə Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilən “İblis” və 1934–cü ildə çapdan çıxan “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulan dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları saxlanılır.

Tələbələrə muzey tərəfindən Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan “Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq”, “Turan Cavidin ömür salnaməsi” və “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” kitabları barədə də məlumat verilib.

Daha sonra tələbələr muzeyin ekspozisiya zalı ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: