Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Aşqarlar Kimyası İnstitutunda elmi işçilərin atestasiyasına başlanılıb
14.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Aşqarlar Kimyası İnstitutunda elmi işçilərin atestasiyasına başlanılıb

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi işçilərin atestasiyasına başlanılıb.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, əvvəlcə Elmi Şurada elmi işçilərin attestasiyası ilə bağlı məsələ müzakirə olunub: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 saylı “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi 2013-cü il 25 dekabr tarixli qərarına uyğun olaraq Aşqarlar Kimyası İnstitutunda da çalışan elmi işçilərin attestasiyasının keçirilməsi üçün komissiya yaradılıb. Attestasiyadan keçiriləcək işçilərin siyahısı tutulub, müvafiq sənədlər toplanılıb. Martın 12-dən etibarən prosesə start verilib”.

Akademik qeyd edib ki, elmi işçilərin tutduqları vəzifəyə uyğun olduqlarını araşdırmaq məqsədi ilə keçirilən attestasiyada aşağıdakı göstəricilər qiymətləndirilir və nəzərə alınır: “Elmi işçilərin ilkin attestasiyadan sonrakı dövrdə (2009-2013-cü illər) xidməti vəzifəsinin və elmi fəaliyyətinin nəticələri, elmin müvafiq sahəsi üzrə elmi məsələlərin həllində iştirakı və verdiyi töhfələr, informasiya və kommunikasiya texnologiyaları ilə işləmək bacarığı, liderlik və ünsiyyət yaratmaq keyfiyyətləri (laboratoriya rəhbərləri üçün) əsas götürülür”.

Atestasiya aprelin 5-dək davam etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: