AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “SABAH” qrupunun III kurs tələbələri üçün “Azərbaycan yazılı abidələrinin dili” fənnindən növbəti dərs təşkil olunub.
Dərsdə institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev “Kitabi-Dədə Qorqud dastanı” mövzusunda məruzə ilə çıxış edib. Alim dastanın Drezden və Vatikan nüsxələrinin Əlyazmalar İnstitutunda saxlanılan foto sürətləri əsasında tələbələrə məlumat verib, dastanın tədqiqi və dünyada təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.