www.science.az
06.10.2017 09:05

Neft və Qaz İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunun (NQİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev, texnika elmləri doktorları - Qəmbər Quluyev, Fərhad Paşayev və texnika üzrə fəlsəfə doktoru, dosent Asif Rzayevin həmmüəllifi olduğu “İnnovativ texnologiyaların işlənilməsi və tətbiqi ilə neft çıxarmanın intellektual online idarəetmə sisteminin yaradılması” adlı məruzə dinlənilib.

Məruzəni təqdim edən A.Rzayev bildirib ki, işin məqsədi innovativ texnologiyaların işlənməsi və tətbiqi ilə proseslərin “online” rejimdə intellektual idarə edilməsi hesabına quruda yerləşən və işlənmənin son mərhələsində olan yataqlardan neft hasilatının artırılmasıdır.

Məruzə dinlənildəkdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.

İclasda NQİ ilə İSİ arasında birgə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyi qeyd olunub və İşçi Qrupunun yaradılması haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.