www.science.az
16.10.2013 00:00

Azərbaycan alimi Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru ilə görüşüb

AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Allahyar Muradov Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi çərçivəsində Moskva şəhərində olub.   

 A.Muradov Rusiya Elmlər Akademiyası (REA) İqtisadiyyat İnstitutunun direktoru, REA-nın müxbir üzvü, iqtisadiyyat elmləri doktoru,  professor R.S.Qrinberqlə görüşüb.    

Görüşdə elmin inkişafı, Rusiya alimləri ilə Azərbaycan alimlərinin birgə fəaliyyəti, aparılan elmi araşdırmaların nəzəri və praktiki səmərəliliyi, gələcəkdə aparılacaq tədqiqat işinin istiqamətləri müzakirə olunub və sonda ikitərəfli əməkdaşlığa dair müqavilə imzalanıb.   

 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.