www.science.az
06.10.2017 11:31

AMEA Yüksək Texnologiyalar Parkı gənclər üçün təcrübə proqramı elan edir

AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycanda innovativ ideya və düşüncələrini kommersiyalaşdırmaq istəyən gənclər arasında 3-6 aylıq ödənişsiz təcrübə proqramı elan edir.

Gənclərdən elm və texnologiya sahəsində fərdi inkişafa həvəsli olmaq, sözügedən sahələrdə azı bakalavr təhsili, həmçinin Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq tələb olunur.

Tələb olunan öhdəliklər:

- Elm və texnologiya üzrə innovativ ideya, xəbər və qlobal tendensiyaları müəyyən etmək məqsədilə internetdə gündəlik araşdırmalar aparmaq;

- Azərbaycanla yanaşı, dünyanın müxtəlif yerlərində ölkə ekosisteminə fayda verə biləcək startap, yeni biznes və investisiya imkanlarının monitorinqini aparmaq;

- Təcrübə proqramı müddəti ərzində bazar ertəsi-cümə günləri saat 9:00-18:00-a qədər AMEA YTP-nin Mərkəzi Elmi Kitabxanasının binasında yerləşən ofisində olmaq;

- AMEA YTP tərəfindən verilən digər tapşırıq və öhdəlikləri yerinə yetirmək.

Yerlər məhdud sayda olduğu üçün namizədlərdən yalnız 4 nəfər seçiləcək.

Proqramın son müraciət tarixi 10 noyabr 2017-ci ildir.

Maraqlı olan şəxslər anket formasını online şəkildə dolduraraq a.mammadova@ameaytp.az elektron ünvanına göndərə bilərlər.

Tel.: (+994 12) 539 28 03

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.