www.science.az
05.10.2017 15:12

Ədəbiyyat üzrə Nobel mükafatı britaniyalı yazıçı Kadzuo İsiquroya verilib

Yapon əsilli britaniyalı yazıçı Kadzuo İsiquro 2017-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. O, bu mükafata böyük emosional gücə malik olan romanlarında “xəyali düşüncələrimizlə gerçək dünya arasındakı uçurum”u göstərdiyi üçün layiq görülüb.

Kadzuo İsiquro 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub, sonradan isə 5 yaşında olarkən ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb. 1981-ci ildə ədəbi fəaliyyətə başlayan K.İsiquro bu gün ingilis dillində yazan dünyanın ən məşhur müasir bədii müəlliflərindən biridir. O, əsərlərinə görə müxtəlif mükafatlara layiq görülüb. 

Qeyd edək ki, ədəbiyyat üzrə Nobel Mükafatı 1901-ci ildən verilir. Mükafat ilk dəfə fransız şairi Sülli-Prüdoma verilmişdir. Ötən il bu mükafatı dünyada daha çox musiqiçi kimi tanınan amerikalı Bob Dilan almışdır.

www.nobelprize.org