www.science.az
05.10.2017 09:05

Geologiya və Geofizika İnstitutunda “Web of Science” platformasından istifadəyə dair seminar keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) “Web of Science” platformasından istifadəyə dair seminar keçirilib.

Tədbirdə institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov çıxış edərək bazanın axtarış sistemindəki imkanlardan, axtarışların nəticələrinə dair analitik məlumatların əldə edilməsi yollarından danışıb. Bildirib ki, bazada AMEA-nın platforması yaradılıb və bir çox müəssisələrin, o cümlədən GGİ-nin alimlərinə məxsus elmi məqalələr platforma ilə əlaqələndirilib.

Bazada tezliklə “Geologiya və Geofizika İnstitutu” adlı platformanın yaradılacağı barədə məlumat verən S.Hüseynov bildirib ki, müəssisənin əməkdaşları bundan istifadə etmək üçün “EndNote” sistemində şəxsi hesab açmalı və “ResearcherID” sistemində tədqiqatçı şifrəsi əldə etməlidirlər.

Sonra iştirakçılara “EndNote” şəxsi hesabı və “ResearcherID” şifrəsini əldə etməyin yolları əyani şəkildə göstərilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.