www.science.az
04.10.2017 13:59

Kimya sahəsində Nobel mükafatı krioelektron mikroskopiyanın inkişafına görə verilib

İsveç Kral Akademiyası 2017-ci il üzrə kimya sahəsində Nobel mükafatının amerikalı Yoaxim Franka, isveçrəli Jak Duboçetə və britaniyalı Riçard Hendersona verildiyini elan edib.

Laureatlar məhlulda biomolekulların yüksək həlletmə qabiliyyətli strukturunun müəyyənləşdirilməsi üçün krioelektron mikroskopiya texnologiyalarını inkişaf etdirmələrinə görə bu mükafata layiq görülüblər.

www.nobelprize.org