Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.10.2017 10:37
  • A-
  • A
  • A+

Görkəmli kimyaçı alim Sultan Sultanovun 90 illiyinə həsr olunan konfrans keçirilib

Görkəmli kimyaçı alim Sultan Sultanovun 90 illiyinə həsr olunan konfrans keçirilib

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) kimya elmləri doktoru, professor Sultan Sultanovun 90 illik yubileyinə həsr olunan “Yanacaqlar, yanacaq komponentləri, xüsusi təyinatlı mayelər, yağlar və aşqarlar” adlı respublika elmi-texniki konfransı keçirilib.

Tədbiri institutun direktoru, akademik Vaqif Abbasov açaraq S.Sultanovun zəngin elmi fəaliyyətindən danışıb. Qeyd edib ki, kimyaçı alimin əsas elmi fəaliyyət istiqaməti reaktiv yanacağının keyfiyyətini yaxşılaşdırmaq və yeni yanacaq növlərinin alınması olub. Onun apardığı tədqiqatlar nəticəsində Azərbaycan neftinin emalında yeni elmi istiqamətin əsası qoyulub.

Sonra Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, alimin tələbəsi Hamlet Məhərrəmov çıxış edərək S.Sultanovla bağlı xatirələrini bölüşüblər.

Daha sonra NKPİ-nin baş elmi işçisi, texnika elmləri doktoru Səyyarə Əliyevanın "Professor S.Ə.Sultanovun həyatı və yaradıcılığı" adlı məruzəsi dinlənilib.

Alimin ailəsi adından çıxış edən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Konfrans işini plenar iclaslarla davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: