www.science.az
03.10.2017 16:40

AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə "KUTVAN” MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) ilə "KUTVAN” MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb.

İmzalanma mərasimində AMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək beynəlxalq təcrübəyə malik konsaltinq şirkətləri ilə əməkdaşlığın zəruriliyini vurğulayıb. O, imzalanacaq sazişə əsasən YT Parkda strateji planlaşdırma, idarəetmə, təşkilatın inkişafı və idarəetmənin təşkilinə dair xidmətlərin göstəriləcəyini bildirib.

Sonra "KUTVAN" MMC-nin direktoru Ali Kutvan çıxış edərək rəhbərlik etdiyi şirkət barədə məlumat verib. Bildirib ki, "KUTVAN" Şirkətlər Qrupu 1991-ci ildə Türkiyə və İngiltərədə fəaliyyətə başlayıb. Beynəlxalq təcrübəyə malik olan şirkət araşdırma, planlaşdırma və konsaltinq xidmətləri göstərir. Şirkət Azərbaycanda bir çox dövlət və özəl sektorda fəaliyyət göstərən qurumlarla əməkdaşlıq edir.

Sonda iki qurum arasında əməkdaşlığa dair Saziş imzalanıb.

Sənədi V.Babayev və A.Kutvan imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.