www.science.az
03.10.2017 15:08

Fizika sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb

İsveçin paytaxtı Stokholmda fizika sahəsi üzrə Nobel mükafatı laureatlarının adları elan edilib. 2017-ci ildə bu mükafata LIGO detektorunun inkişafına həlledici töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə üç amerikalı alim - Rayner Vays, Barri Bariş və Kip Torn layiq görülüb.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir. Belə ki, fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat, iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması istiqamətində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

www.nobelprize.org