Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dilçilik İnstitutunun alimləri XII Beynəlxalq Böyük Türk Dil Qurultayında iştirak ediblər
02.10.2017 15:48
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun alimləri XII Beynəlxalq Böyük Türk Dil Qurultayında iştirak ediblər

Rumıniyanın Buxarest Universitetində XII Beynəlxalq Böyük Türk Dil Qurultayı keçirilib.

Tədbir Türkiyənin Bilkent Universiteti, Yunis Əmrə İnstitutu, Türk Dünyası Araşdırmalar Vəqfi və Azərbaycan-Türkiyə Dostluq Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Qurultayda ölkəmizi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dos. Baba Məhərrəmli, elmi katib, fil.ü.f.d., dos. Aynel Məşədiyeva, Sosiolinqvistika şöbəsinin aparıcı elmi işçisi, professor Roza Eyvazova və Türk dilləri şöbəsinin müdiri, fil.ü.f.d., dos. Aygül Hacıyeva təmsil edib.

Əski türkcənin tarixi qaynaqlarının öyrənilməsinə həsr olunan qurultayda akademik M.Nağısoylu “Orta əsr Azərbaycan-türk əlyazmalarının bəzi imla özəllikləri”, B.Məhərrəmli “ Əski türkcədə söz yaradıcılığı”, A.Məşədiyeva “Əski türkcədəki feili-sifət şəkilçilərinin çağdaş türk ləhcələrində ekvivalentləri”, R.Eyvazova “Qarşılıqlı əlaqələr zəminində İran türklərinin əski tarixinə bir baxış”, A.Hacıyeva isə “Ruhi Bağdadi divanının dilində saylar” adlı məruzələrlə çıxış ediblər.

Azərbaycanlı alimlərin çıxışları qurultay iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: