www.science.az
02.10.2017 14:16

“Radon və insan sağlamlığı” adlı broşür çapdan çıxıb

AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən “Radon və insan sağlamlığı” adlı elmi-kütləvi broşür nəşr olunub.

Broşür akademik Əkbər Feyzullayev, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, gənc alim Fərəh Mahmudova və Rauf Bağırlının 2010-cu ildən etibarən birgə apardıqları tədqiqatların nəticəsində hazırlanıb.

“Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gələn kitabçada təbii radiasiya, onun mənbələri və radon qazının insan sağlamlığına yaratdığı təhlükələrdən bəhs olunur. Yeni nəşrdə sözügedən təhlükələrin azaldılması və insanların ondan qorunması yolları, həmçinin bu istiqamətdə zəruri əhəmiyyət daşıyan normativ aktlar barədə ətraflı məlumat verilir.

Kitabça tikinti işləri aparan şirkətlər və fərdi şəxslər, radiasiya təhlükəsizliyi ilə maraqlananlar, xüsusən də radonun yüksək səviyyədə olduğu ərazilərdə yaşayanlar üçün faydalı ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.