Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Tibb və fiziologiya üzrə Nobel mükafatına amerikalı alimlər layiq görülüblər
02.10.2017 14:05
  • A-
  • A
  • A+

Tibb və fiziologiya üzrə Nobel mükafatına amerikalı alimlər layiq görülüblər

İsveçdə fiziologiya və tibb sahələri üzrə Nobel mükafatının sahibləri elan edilib. 2017-ci ildə bu mükafata amerikalı alimlər Ceffri Holl, Maykl Rosbaş və Maykl Yanq layiq görülüblər. Onlar bu mükafata “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə layiq görülüblər. 

www.nobelprize.org saytı xəbər verir ki, laureatlar 1 milyon 119 min dollar mükafat alacaqlar. Ənənəyə uyğun olaraq, Nobel mükafatları dekabrın 10-da Alfred Nobelin ölümünün ildönümündə Stokholmda təqdim ediləcək.



  • Paylaş: