Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb
02.10.2017 14:17
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 29 sentyabr 2017-ci il tarixində işıq üzü görüb.

Qəzetdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanma mərasimi, AMEA Rəyasət Heyətinin 22 sentyabr tarixli iclası, AMEA-nın yeni istifadəyə verilmiş “Qonaq Evi”nin açılışı, AMEA Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının, Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası, həmçinin professor Qəzənfər Paşayevin 80 illik yubileyinə həsr olunan tədbir və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Elmdə yeni yollar açan alim", "Həyata doğru", "İnnovativ ideyalardan uğurlu biznesə", "Yüzilliklərin yetirdiyi böyük dühalar, yaxud ideya qurbanları" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «День нефтяников Азербайджана», «Один пояс - один путь», «Применяя инновации», «Нефть - не наркотик. Но с ней надо обращаться как с кровью индустрии», «Чертов мобильник», «На защите биоразнообразия », «Журнал - дело тонкое » və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: