Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Görkəmli alim-numizmat, professor Əli Rəcəblinin 90 illik yubileyi qeyd olunacaq
02.10.2017 09:56
  • A-
  • A
  • A+

Görkəmli alim-numizmat, professor Əli Rəcəblinin 90 illik yubileyi qeyd olunacaq

3 oktyabr saat 16:00-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, görkəmli tarixçi-alim, numizmat, professor Əli Rəcəblinin 90 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.

Qeyd edək ki, Ə.Rəcəbli Azərbaycan numizmatikasının öyrənilməsində aparıcı alimlərdən biridir. Məhz onun səyləri nəticəsində muzeyin Numizmatika fondunda 150 mindən çox sikkə və digər maddi mədəniyyət abidəsi saxlanılır.

Ünvan: Bakı şəh., H.Z.Tağıyev küçəsi, 4.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: