AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev 25-30 sentyabr 2017-ci il tarixlərində Çində elmi ezamiyyətdə olub.
Alim səfər çərçivəsində Çinin Siçuan Universitetində ehtimal nəzəriyyəsi sahəsində əldə etdiyi son nəticələrə dair məruzə edib.
Akademik A.Hacıyev, həmçinin universitetin Beynəlxalq Məsləhətçilər Şurasının ikinci iclasında iştirak edib. O, Talantların İnkişafı Strategiyası Komitəsinin baş məsləhətçisi vəzifəsinə seçilib.
Daha sonra azərbaycanlı alim Honkonq Politexnik Universitetində "Statistik kriterilərin effektivliyi" mövzusunda məruzə ilə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.