www.science.az
28.09.2017 14:29

Azərbaycan-Çin elmi əlaqələrinin inkişaf perspektivləri müzakirə olunacaq

Oktyabrın 2-də saat 11:45-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Böyük İpək Yolunda Azərbaycan və Çin əlaqələri: tarix və müasirlik” mövzusunda “dəyirmi masa” keçiriləcək.

Tədbirdə “Orta əsr Azərbaycan-Çin əlaqələri tarixi”, “Yeni İpək Yolu layihəsində Azərbaycan-Çin əməkdaşlığının geosiyasi aspektləri”, “Böyük İpək Yolu intibahı konsepsiyasının reallaşmasında Konfutsi İnstitutunun rolu”, “Müasir Çin və Azərbaycan iqtisadi modellərində liberallıq səviyyəsi”, “Azərbaycan ədəbiyyatında Çin motivləri”, “Azərbaycan-Çin iqtisadi əlaqələrinin müasir mərhələsi” mövzularında məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.