Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İranın “Körpü” jurnalında Əlyazmalar İnstitutu barədə məqalə dərc olunub
28.09.2017 10:18
  • A-
  • A
  • A+

İranın “Körpü” jurnalında Əlyazmalar İnstitutu barədə məqalə dərc olunub

İran İslam Respublikasının Təbriz şəhərində nəşr olunan “Körpü” jurnalında Təbriz Azad Universitetinin professoru Məhəmmədəmin Soltan əl-Qorrayinin “Bakı yaddaşı” məqaləsi dərc olunub.

Ötən ilin noyabrında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda keçirilmiş birinci beynəlxalq elmi –nəzəri konfransda iştirak etmiş təbrizli alim təəssüratlarını “Körpü”nün oxucuları ilə bölüşüb. Professor M.S.əl-Qorrayi həmin konfransda “Şah İsmayıl Xətai “Külliyyat”ının nadir əlyazma nüsxəsinin tanıdılması” mövzusunda məruzə ilə çıxış edib.

Müəllif “Bakı yaddaşı” adlı yazısında Əlyazmalar İnstitutunda səmimi qarşılanmasından, konfransdakı çıxışından, yerli mətbuat orqanlarına verdiyi müsahibələrdən ətraflı bəhs edir. O, konfransdakı məruzəsinin qısa məzmununa toxunduqdan sonra Əlyazmalar İnstitutunun yaranma tarixindən, buradakı geniş sərgi salonundan, Hüseyn Cavidin Ev Muzeyindən, muzeydə sərgilənən nadir eksponatlardan söhbət açır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: