Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Herontoloqlar Cəmiyyəti beynəlxalq təşkilata üzv qəbul edilib
28.09.2017 11:45
  • A-
  • A
  • A+

Azərbaycan Herontoloqlar Cəmiyyəti beynəlxalq təşkilata üzv qəbul edilib

Azərbaycan Herontoloqlar Cəmiyyəti (AHC) Beynəlxalq Herantologiya və Heriatriya Assosiasiyasına (BHHA) üzv qəbul edilib.

AHC-nin bu uğuru təşkilatın beynəlxalq əlaqələrinin inkişafına və dünyanın elmi cəmiyyətləri ilə birlikdə uzunömürlülük fenomenini öyrənməyə imkanlar açacaq.

Qeyd edək ki, AHC-nin əsas təşkilatçısı və prezidenti AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Haşımovadır. Cəmiyyətin məqsədi respublikada uzunömürlülüyün genetik və fizioloji mexanizmlərini öyrənməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: