Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2017 15:16
  • A-
  • A
  • A+

İnteraktiv dərsdə Azərbaycan dilinin tarixi inkişaf mərhələlərindən bəhs olunub

İnteraktiv dərsdə Azərbaycan dilinin tarixi inkişaf mərhələlərindən bəhs olunub

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün bu ilə olan ilk interaktiv açıq dərs keçirilib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Azərbaycan dilinin dünya dilləri içərisində yeri və tarixi inkişaf mərhələləri” mövzusunda apardığı dərsdə Azərbaycan dilinin formalaşma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib.

Naxçıvan Muxtar Respublikanın 200 ümumtəhsil məktəbinin şagirdlərinin izlədiyi dərsdə Firudin Rzayev Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərindən danışıb. Bildirib ki, dahi rəhbər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna çıxıb, onun iqtisadiyyatı, elmi, təhsili, mədəniyyəti inkişaf edib, Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəlib.

Ümummilli lider Heydər Əliyevin dilimizlə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan məruzəçi xatırladıb ki, məhz ulu öndərin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında dövlət dili, sözün həqiqi mənasında, bərqərar edilib. Latın qrafikasına keçid prosesi başa çatdırılıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin dil siyasəti ana dilimizin inkişaf istiqamətində əsil məktəbdir və bu təcrübədən daima istifadə olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: