Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

ABŞ-ın Nebraska Universitetinin professoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda məruzə ilə çıxış edib
27.09.2017 17:13
  • A-
  • A
  • A+

ABŞ-ın Nebraska Universitetinin professoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda məruzə ilə çıxış edib

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ABŞ-ın Nebraska Universitetinin nəzdində fəaliyyət göstərən Xərçəng və Onu Müşayiət Edən Xəstəliklərin Tədqiqi üzrə Eppley İnstitutunun laboratoriya rəhbəri, professor Tahir Tahirovun iştirakı ilə seminar keçirilib.

Əvvəlcə institutun direktoru, akademik İradə Hüseynova qonağa rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, burada aparılan elmi tədqiqatlar və kadr hazırlığı barədə qısa məlumat verib.

Sonra professor Tahir Tahirov “Runx1 və Ets1 vasitəsilə DNT-nin kooperativ əlaqəsinin struktur əsasları” mövzusunda məruzəsini təqdim edib. Alimin məruzəsi institutun əməkdaşları və gənc mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, professor T.Tahirov insan DNT-sının replikasiya mexanizminin struktur səviyyədə tədqiqi üzrə dünyada aparıcı mütəxəssislərdəndir. O, 120-dən çox elmi məqalənin müəllifidir. Alimin məqalələri “Nature” və “Science” kimi nüfuzlu elmi jurnallarda çap olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: