Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Yüksək Texnologiyalar Parkının direktoru Çində işgüzar səfərdədir
26.09.2017 16:05
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkının direktoru Çində işgüzar səfərdədir

Çinin Şandun əyalətinin Lyaoçen şəhərində “Yüksək istedadlı şəxslərin təcrübə mübadiləsi” adlı beynəlxalq konfrans keçirilir.

İki gün davam edəcək konfransın məqsədi ölkələr arasında elmi-texniki əməkdaşlığı gücləndirmək, Çin şirkətləri ilə dünya üzrə bu sahədə çalışan mütəxəssisləri bir araya gətirməkdir.

Konfransda investor şirkətləri ilə innovasiya və sənaye infrastrukturunun inkişafında maraqlı olan müəssisələrin nümayəndələri arasında elmi-texniki layihələrə dair müzakirələr aparılacaq.

Tədbirdə ölkəmizi AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev təmsil edir.

Azərbaycanlı alim səfər çərçivəsində Çinin innovasiya sahəsində fəaliyyət göstərən şirkətləri ilə də tanış olacaq, YTP-nin Texnoloji Transfer Ofisi tərəfindən həyata keçiriləcək müxtəlif layihələri təqdim edəcək. Həmçinin Çin şirkətləri ilə birgə sözügedən layihələrin icrası imkanları müzakirə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: