Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan alimləri Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak ediblər
25.09.2017 16:03
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak ediblər

18-22 sentyabr 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 61-ci konfransı keçirilib.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə AEBA ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıqdan danışıb. O, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının region üçün böyük təhlükə mənbəyi olduğunu bildirib.

Konfransda Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə yanaşı, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və bu qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru İbrahim Qabulov da iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə AEBA-nın Texniki Əməkdaşlıq, Nüvə və Radiasiya Təhlükəsizliyi, Təminatlar Departamentləri arasında ikitərəfli görüşlər keçirilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: