www.science.az
25.09.2017 15:28

Neft-Kimya Prosesləri İnstitutu Misir Neft Tədqiqatları İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, elmi işlər üzrə direktor müavini, texnika elmləri doktoru Təranə Məmmədova və bu müəssisənin aparıcı elmi işçisi, texnika elmləri doktoru Gülbəniz Muxtarova 18-22 sentyabr 2017-ci il tarixlərində Qahirədə yerləşən Misir Neft Tədqiqatları İnstitutunda (MNTİ) elmi ezamiyyətdə olublar.

Səfər çərçivəsində azərbaycanlı alimlər MNTİ-nin əməkdaşları ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə bu ilin noyabr ayında Bakıda iki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları, həmçinin MNTİ-nin tədqiqat laboratoriyaları, istehsalat sahələri ilə tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.