Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Yüksəkpiritli qurğuşun konsentratlarının emalı” adlı monoqrafiya çapdan çıxıb
25.09.2017 09:20
  • A-
  • A
  • A+

“Yüksəkpiritli qurğuşun konsentratlarının emalı” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Yüksəkpiritli qurğuşun konsentratlarının emalı” adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyada yüksəkpiritli qurğuşun konsentratlarının mədən sobasında reduksiyaedici əritmə üsulu ilə fərdi kompleks emalının səmərələşdirilmiş texnologiyası işlənib hazırlanıb. Bundan əlavə, oksidləşmə və reduksiya proseslərin kinetikası və mineralların faza dəyişmələri öyrənilib.

Nəşr mütəxəssislər və əlvan metallurgiya müəssisələrinin mühəndis–texniki işçiləri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: