Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun təşkilatçılığı ilə Zavoljsk şəhərində komet və meteor tədqiqatlarının inkişaf etdirilməsində böyük xidmətləri olan tanınmış astronom F.A.Bredixinə həsr olunan “VI Bredixin konfransı” keçirilib.
Tədbirdə ölkəmizi təmsil edən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev kometlərin parçalanması və ŞAR-da komet spektrlərinin işlənmələrindən alınan nəticələrə dair məruzə ilə çıxış edib.
Konfrasda, həmçinin tanınmış alimlərlə görüşlər keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.