Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Səudiyyə Ərəbistanı səfirliyinin mədəniyyət attaşesi Şərqşünaslıq İnstitutunun qonağı olub
20.09.2017 14:45
  • A-
  • A
  • A+

Səudiyyə Ərəbistanı səfirliyinin mədəniyyət attaşesi Şərqşünaslıq İnstitutunun qonağı olub

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Səid əl-Qidəm AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun qonağı olub.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açılıb.

Səid əl-Qidəm elmi müəssisədə görülən işləri yüksək qiymətləndirib və kral Əbdüləziz adına Tədqiqat və Arxiv fondunun nəşrlərini Şərqşünaslıq İnstitutuna hədiyyə edib.

Hədiyyəyə görə təşəkkürünü bildirən G.Baxşəliyeva kitabların institutun ərəbşünas alimlərinin tədqiqat işləri üçün faydalı olacağını deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: