www.science.az
20.09.2017 10:25

Akademik Xoşbəxt Yusifzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə görkəmli neftçi-alim, Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Sərəncamda deyilir ki, alim bu mükafata ölkəmizdə neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.