Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Zoologiya İnstitutunda tibb zəlisinin laboratoriya şəraitində çoxaldılması texnologiyası hazırlanır
20.09.2017 10:45
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda tibb zəlisinin laboratoriya şəraitində çoxaldılması texnologiyası hazırlanır

Məlum olduğu kimi, 2016-cı ildən etibarən AMEA-nın Zoologiya İnstitutu tərəfindən laboratoriya şəraitində tibb zəlisinin süni yolla çoxaldılması istiqamətində tədqiqatlar aparılır. Hazırda institutun Tətbiqi zoologiya mərkəzində respublikada ilk dəfə olaraq laboratoriya şəraitində zəlilərin çoxaldılması texnologiyası hazırlanır.

Labarotoriya şəraitində qışda müsbət 18-22, yayda 24-27 dərəcə temperaturda saxlanılan və xüsusi qayğı ilə bəslənilən zəlilər ilin müxtəlif vaxtlarında nəsil vermək qabiliyyətinə malik olub, hər 6-8 aydan bir barama verə bilərlər.

Qeyd edək ki, zəlidən tibbdə geniş istifadə olunur. Ölkəmizdə təbii şəraitdə tibb zəlisinin inkişafı üçün əlverişli şərait mövcuddur. Azərbaycanda zəliyə daha çox Dəvəçi limanı, Kiçik Qızılağac körfəzi, Lənkəran təbii vilayətinin su hövzələri, Kürətrafı göllər, Naxçıvan MR-in və  Gəncə-Qazax zonasının su tutarlarında rast gəlinir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: