www.science.az
20.09.2017 09:20

“Güney Azərbaycan folkloru" kitabının VI cildi çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin əməkdaşları tərəfindən “Güney Azərbaycan folkloru" kitabının VI cildi nəşr olunub.

Layihənin rəhbəri institutun direktoru, akademik Muxtar İmanov, tərtibçisi Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, fil.ü.f.d. Mətanət Abbasova, redaktoru isə Soltan İmaməliyevdir.

Nəşrdə yer alan dastanlar güneyli folklor araşdırıcısı Böyükbəy Ələkbəroğlu tərəfindən toplanılıb və aşıq təhkiyəsindəki dialekt-şivə xüsusiyyətləri gözlənilib.

Kitabda “Yusif və Züleyxa”, “Şirin və Fərhad”, “Yadigar və Gülabatın”, “Abbas və Gülgəz”, “Dililqar və Mahcamal”, “Zöhrə və Məhəmməd”, “Aşıq Əsəd və Səltənət”, “Sənan və tərsa balası”, “Cəhanəfruz və Cəmşid”, “Aşıq Leysan”, “Gərgərli Məhəmməd və Məhparə xanım”, “Tahir və Zöhrə”, “Aşıq Həsən Qafarla Aşıq Əzizin bir macərası” dastanları və bir aşıq deyişməsi oxuculara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.