www.science.az
18.09.2017 16:13

ABŞ-ın “İntertech Trading Corporation” şirkətinin prezidenti AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub

ABŞ-ın məşhur “İntertech Trading Corporation” şirkətinin prezidenti Timoti Kyernan, bu şirkətin Asiya nümayəndəliyinin rəhbəri Aygül Şantamirova  və Azərbaycan nümayəndəliyinin rəhbəri Rövşən Haqverdiyev AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.

Öncə institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşən qonaqlar bu elmi müəssisədəki Termo şirkətinə məxsus olan ICP-OES 7200 (induktiv əlaqəli plazma optik  şüalanma spektri) cihazının vəziyyəti ilə tanış olublar. Bildirilib ki, sözügedən cihaz Koreya Respublikasının Seul Milli Universiteti ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında müştərək layihəyə əsasən əldə olunub.

Daha sonra şirkətin nümayəndələri institutun laboratoriyaları, o cümlədən torpaq muzeyi, kitabxana fondunda olublar. Qonaqlara institutun elmi-tədqiqat istiqamətləri, həyata keçirdiyi müştərək layihələr barədə məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.