Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şəbəkə idarəetmə sistemləri və seysmik analitik alətlər üzrə beynəlxalq seminar keçiriləcək
18.09.2017 08:50
  • A-
  • A
  • A+

Şəbəkə idarəetmə sistemləri və seysmik analitik alətlər üzrə beynəlxalq seminar keçiriləcək

Oktyabrın 23-dən 27-dək Bakıda “Şəbəkə idarəetmə sistemləri və seysmik analitik alətlər üzrə təlim” mövzusunda beynəlxalq seminar keçiriləcək.

Seminar AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi, Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM), ABŞ-ın Lourens Livermor Milli Laboratoriyası (LLML) və Enerji Departamentinin dəstəyi ilə keçiriləcək. Tədbirdə 20-dən çox ölkədən olan seysmoloq alim və mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Seminarda “IRIS Data Management Tools”, “ObsPy” “(Phyton Toolbox for Seismology”) ,”SeisComp3” (“Data Acquisition and Processing Tool”), ”ILoc” (“Event location Tool”) mövzuları müzakirə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: